`Türkiyə xalqının yanındayıq` - Novruz Məmmədov
22:48 01 Yanvar 2017
“Biz terrorla mübarizədə həmişə Türkiyə xalqının yanındayıq”.
Femida.az -ın məlumatəna görə, bunu İstanbulda törədilən terror aktına münasibət bildirən Azərbaycan Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov özünün "twitter" səhifəsində yazıb.
N. Məmmədov bildirib ki, bu hadisə bayram şənliyi zamanı insanlığa qarşı törədilmiş qanlı terror aktıdır.
Qeyd edək ki, bu gecə yerli vaxtla saat 01.15 (Bakı vaxtı ilə 02.15) radələrində naməlum silahlı şəxs İstanbuldakı "Reina" gecə klubuna yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. Hücum zamanı gecə klubunda Yeni il bayramını qeyd edən 600-dək insan olub. Nəticədə 39 nəfər ölüb, 65 yaralı var.
Femida.az
Oxunub: 1254
Oxşar xəbərlər
- `Türkiyədən hərbi məhsullar alırıq və alacağıq` - İlham Əliyev
- `Türkiyə iqtisadiyyatına 1.5 milyard dollar yatırmışıq` - Mənsimov
- `Türkiyənin Avropa İttifaqına üzvlüyü mümkünsüzdür` - Merkel
- `Türkiyə illərdir terrorun hədəfindədir` - Şeyx
- `Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birinin yanındadır`
- `Türkiyə Avropa Şurası ilə əlaqələrinə yenidən baxacaq` - Çavuşoğlu
- `Türkiyə razılaşmalardan imtina edib` - Nalbandyan
- `Türkiyə belə davam etsə, yeni müharibə başlayacaq`
- `Türkiyə heç bir halda Krımın ilhaqını tanımayacaq` - Çavuşoğlu
- `Türkiyə söz verdi` - Putin